KANAL24.AZ
Az Iw En Ru

TQDK yeni nəşr edilən dərsliklə bağlı məlumat yaydı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 8-ci sinif “Azərbaycan dili” dərslik komplektinin nəşrəqədərki qiymətləndirilməsi haqqında məlumat yayıb.

Kanal24 qurumun saytına istinadən xəbər verir ki, Təhsil Nazirliyinin rəsmi müraciətinə əsasən yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış və bu tədris ilində nəşr edilərək 8-ci sinif şagirdlərinin istifadəsinə verilmiş “Azərbaycan dili” dərslik komplektinin nəşrəqədərki maketinin qiymətləndirilməsində iştirak edən qurumlardan biri də TQDK olub.

2015-ci ilin əvvəlində dərsliyin maketi TQDK-nın ekspertləri tərəfindən “Dərsliklərin qiymətləndirilməsi meyarları” əsasında dərsliyin və “Müəllim üçün metodik vəsait”in məzmununun işlənməsi, dil və yazı üslubu, dizayn və bədii tərtibat baxımından təhlil edilərək, rəy hazırlanıb.

Maketin qeyd edilən meyarlar üzrə tələblərə tam cavab vermədiyi rəydə göstərilib və rəy Təhsil Nazirliyinə göndərilib.


00:23 02.10.2015