KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanın görkəmli kamança ustası Habil Əliyevin xatirəsi İsfahanda anılıb

Azərbaycanın Xalq Artisti, tanınmış kamança ustası Habil Əliyevin vəfatından xeyli vaxt keçməsinə baxmayaraq onun əziz xatirəsi qonşu İranda da anılmaqda davam edir.

İranın müxtəlif şəhərlərində onun yaradıcılığına həsr olunmuş mərasimlər keçirilir. Tehran və Təbrizdən sonra belə bir tədbir qədim İsfahan şəhərində təşkil olunub.

Tədbirdə İranın görkəmli musiqi xadimlərindən sayılan Nemətullah Sotude Habil Əliyev yaradıcılığının təkrarsızlığından bəhs edib.

Sonra Habil Əliyevə həsr olunmuş şeirlər oxunub. Məhşur kamança ustasının İrandakı möhtəşəm konsertlərindən fraqmentlər nümayiş olunub.

Mərasimdə çıxış edənlər vurğulayıblar ki, Habil Əliyevin Azərbaycan Respublikasında olduğu kimi, İranda da böyük məhəbbətlə sevilməsinin yeganə səbəbi onun kamançaya ruhən bağlılığı və yüksək insani keyfiyyətləridir.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

İsfahan


01:55 21.09.2015
Xəbər lenti
Bütün xəbərlər