KANAL24.AZ
Az Iw En Ru

Şəmkirdəki yanğınları kim törədir? - Fotolar

Bu gecə saat 02:00 radələrində Şəmkir rayonunun Qaracəmirli kəndində daha bir yanğın hadisəsi törədilib. Kənd sakini Etibar Məmmədova məxsus ot bağlamaları yanaraq külə dönüb.

Kanal24-ün Trend-ə istinadən məlumatına görə, hadisə yerinə iki yanğınsöndürmə briqdası cəlb olunub. Görülən tədbirlər nəticəsində 20 ton otdan 5 tonu yanğından mühafizə edilib. Xatırladaq ki, bu, son bir neçə ay ərzində qeydə alınan sayca 10-cu yanğın hadisəsidir.

Sonuncu dəfə ötən gün axşam kənd sakini Namiq Qasımova məxsus fərdi təsərrüfatda yanğın qeydə alınıb.

Hazırda kənd ərazisində polis naryadı qoyulub. Giriş-çıxış nəzarətdə saxlanılır. Müəmmalı yanğının səbəbləri və kim tərəfindən törətdildiyi məlum deyil.

Şəmkirdəki yanğınları kim törədir?  -  Fotolar
Şəmkirdəki yanğınları kim törədir?  -  Fotolar
Şəmkirdəki yanğınları kim törədir?  -  Fotolar
Şəmkirdəki yanğınları kim törədir?  -  Fotolar

 


22:49 20.09.2015
Xəbər lenti
Bütün xəbərlər