KANAL24.AZ
Az Iw En Ru

BMT Baş Assambleyasının sessiyası başladı

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyu-York şəhərində BMT-nin Baş Assambleyasının 70-ci sessiyası öz işinə başlayıb. Baş Assambleyanın iclasında BMT-nin 193 üzv dövlətlərinin nümayəndə heyəti, eləcə də təşkilatın Baş katibi Ban Kİ mun iştirak edir.

“Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” və “GUAM” məkanında dondurulmuş münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün fəsadları” adlı qətnamə layihələri BMT-nin 70-ci sessiyasının gündəliyinə daxildir.

Həmin qətnamə layihələri Baş Assambleyanın 69-ci sessiyası zamanı müzakirə olunmadığından, hazırkı sessiyanın gündəliyinə müvafiq olaraq daxil edilib.

Azərbaycanı toplantıda xarici işlər naziri Elmar Məmmədyarov təmsil edəcək. O, burda olarkən erməni həmkarı Edvard Nalbadyanla da görüsəcək. 

Atəşkəs rejiminin pozulmasının intensivləşməsi fonunda baş tutacaq görüşə böyük ümidlə gedən azərbaycanlı nazir hesab edir ki, bir müddət əvvəl Rusiyanın xarici işlər naziri 
Sergey Lavrovla keçirdiyi görüşün faydasını burda görə bilərik./anspress/


17:21 17.09.2015
Xəbər lenti
Bütün xəbərlər