KANAL24.AZ
Az Iw En Ru

Tbilisidə Azərbaycan-Gürcüstan-Türkiyə hərbi əməkdaşlığı məsələləri müzakirə olunur

Tbilisidə ölkənin müdafiə naziri İrakli Alasaniya və Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Nejdət Özəl arasında keçirilən görüşdə Türkiyə-Gürcüstan ikitərəfli hərbi əməkdaşlığı məsələləri müzakirə olunub.

Gürcüstan Müdafiə Nazirliyindən Kanal24.az-a bildiriblər ki, əsas mövzulardan biri regional təhlükəsizlik olub.

Türkiyə tərəfi Gürcüstanla NATO arasında razılaşdırılmış əsas paketin reallaşdırılması gedişində Gürcüstana kömək göstərməyə hazır olduğunu bildirib.

İ.Alasaniya SQ-nin inkişafında dəstəyə və töhfəyə görə Türkiyə tərəfinə minnətdarlığını bildirib.

O, Azərbaycan-Gürcüstan-Türkiyə hərbi əməkdaşlığının dərinləşdirilməsinin zəruriliyini qeyd edib. Nazirin sözlərinə görə, bu istiqamətdə birgə təlimləri intensivləşdirmək lazımdır: “Biz ikitərəfli, eləcə də Azərbaycan-Gürcüstan-Türkiyə formatında üçtərəfli əməkdaşlığı müzakirə etdik. Bu, birgə təlimlərə, böhranlı vəziyyətlərdə birgə müdafiə tədbirlərinə və üç ölkəni birləşdirən infrastrukturun inkişafına aiddir”.


06:49 24.10.2014