KANAL24.AZ
Az Iw En Ru

665 nəfər namizədlik üçün müraciət edib

Bu günə kimi 665 nəfər namizədlik üçün müraciət edib. Kanal24 xəbər verir ki, bu sözləri MSK sədri Məzahir Pənahov bu gün keçirilən iclasda səsləndirib.

MSK sədri bildirib ki, namizədlik üçün müraciət edənlərdən338 nəfəri siyasi partiyaların nümayəndələri, 25 nəfəri partiya bloku, iki nəfər təşəbbüs qrupu, 300 nəfəri isə fərdi qaydada müraciət edənlərdir. Onlardan 508 nəfərinin isə namizədliyi təsdiq edilib. 399 nəfərə isə imza vərəqələri paylanılıb. 95 nəfər müçahidəçi isə qeydiyyatdan keçib.


23:50 16.09.2015