KANAL24.AZ
Az Iw En Ru

Zahid Oruc dairəsini xanım deputatla dəyişdi

Millət vəkili Zahid Oruc da namizəd olacağını dairəni artıq müəyyənləşdirib. Z. Oruc “Qafqazinfo”ya açıqlamasında bildirib ki, o bu dəfə 94 saylı Bərdə kənd seçki dairəsindən namizədliyini irəli sürəcək: “Artıq sənədlər hazırdır. Bu gün MSK-ya təqdim olunacaq”.

Qeyd edək ki, Zahid Oruc hazırda 93 saylı Bərdə şəhər seçki dairəsindən parlamentə deputat seçilib. Maraqlıdır ki, indi o, namizədliyini 94 saylı dairədən irəli sürüb. Bu dairədən hazırda Milli Məclisdə deputat Gövhər Baxşalıyevadır.
Əldə edilmiş razılığa əsasən, G. Baxşalıyeva 93 saylı Bərdə şəhər seçki dairəsindən namizəd olacaq.


21:09 16.09.2015