KANAL24.AZ
Az Iw En Ru

Qusarda “KamAZ”ın altına girən “06”-nın sürücüsü ölüb

Qusar rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Kanal24-ə verilən məlumata görə, sentyabrın 15-də saat 18 radələrində Qusar rayonunun Yasab kəndində kənd sakini Hacıbəy Qayınbəyovun idarə etdiyi “VAZ-2106” və Bakı şəhər sakini Taleh Məcidovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. Nəticədə H.Qayınbəyov hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb, Qusar RPŞ tərəfindən araşdırma aparılır.


20:53 16.09.2015