KANAL24.AZ
Az Iw En Ru

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı: Azərbaycan Avropaya qaçqınların problemlərinin həlli üzrə yaxşı nümunə göstərir

Azərbaycan qaçqınların problemlərinin həlli üzrə yaxşı nümunə göstərir. Bunu Trend-ə “This Week in Focus” verilişi zamanı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Daq Siqurdson deyib.

Onun sözlərinə görə, Azərbaycan Ermənistandan gəlmiş bütün qaçqınlara, eləcə də Mərkəzi Asiyadan olan 50 min məshəti türkünə vətəndaşlıq verib: “Bu, belə məsələlərin necə həll olunması baxımından nümunədir”.

D.Siqurdson qeyd edib ki, bu məsələdə digər ölkələr kiçik sayda qaçqının tələbatlarını təmin etmək və xeyli sayda məcburi köçkünə qayğı göstərmək baxımından Azərbaycanın nümunəsindən istifadə edə bilərlər.

O, əlavə edib ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə Azərbaycan hökuməti arasında sıx əməkdaşlıq mövcuddur: “Mənzil şəraitinin yaxşılaşdırılması sahəsində layihələr, məcburi köçkünlərin işə düzəldilməsi ilə bağl məsələlər, məcburi köçkünlərə hüquqi xidmətlərin pulsuz əsasda verilməsi layihəsi mövcuddur”.

D.Suqordson diqqətə çatdırıb ki, hazırda qaçqınların problemi hər kəsi narahat edir: “Batan suriyalı uşağın fotoşəkli föstərdi ki, bu problem tezliklə həll olunmalıdır. Təkcə bu il 3 mindən çox insan təhlükəsiz yerə çatmağa çalışarkən ölüb”.


01:36 12.09.2015
Xəbər lenti
Bütün xəbərlər