KANAL24.AZ
Az Iw En Ru

Habil Əliyev I Fəxri Xiyabanda dəfn ediləcək

Ötən gecə vəfat etmiş xalq artisti Habil Əliyev I Fəxri Xiyabanda dəfn ediləcək.

 Mədəniyyət və Turizm Nazirliyindən Kanal24-ə verilən məlumata görə bu gün saat 12:00-dan 14:00 kimi isə Flarmoniyada mərhumla bağlı vida mərasimi keçiriləcək.

Xatırladaq ki, kaman ustası Habil Əliyev səhhətində yaranan problemlərə görə avqust ayının 15-də ürək və tənəffüz çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş, səhhəti normallaşandıqdan sonra müayinəsini evdə davam etdirməsi üçün avqust ayının 22-də evə buraxılmış, bir neçə gün əvvəl isə yenidən komaya düşmüşdü.


17:33 09.09.2015
Xəbər lenti
Bütün xəbərlər