KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanda ilk dəfə olaraq heyvanların onlayn satışı həyata keçirilir

Kanal24 xəbər verir ki, Azərbaycanda ilk dəfə olaraq vitrual aləmdə heyvanbazarı.com elan saytı fəaliyyətə başlayıb.

Bu saytın məqsədi heyvan bazarının internet ortamında inkişaf etdirilməsindən və alıcı ilə satıcı arasında birbaşa ünsiyyətin qurulmasından ibarətdir. Saytda həm heyvanların alqı-satqısı, həm də onlarla əlaqəli məhsulların və ya heyvandarlıq, eləcə də kənd təsrrüfatında istifadə edilən vasitələrin satış elanları qoyulur.Burada həmçinin baytar məsləhəti verilir.

Sayt sadəcə elanları qəbul edir, alıcı və satıcı arasında olacaq sövdələşmələrə qarışmır.Həmçinin məhsulun keyfiyyəti də alıcı və satıcı arasında müəyyən edilir.Saytda elanların yerləşdirilməsi pulsuz həyata keçirilir. Azərbaycan Respublikasında heyvandarlığın inkişaf edirilməsinin yollarından biri də heyvandarlıq məhsullarının və eləcə də onunla bağlı olan məhsulların satışının online sisteminin formalaşdırılmasıdır. Bu olduqca mühüm bir işdir. Beləki , bu zaman heyvandarlıq məhsulların satışında alıcı və satıcı arasında birbaşa ünsiyyət formalaşır. Bu isə ticarətin inkişaf etdirilməsinə və tərəflərin biri biri ilə davamlı əlaqəsinə yol açır.

Bu baxımından respublikamızda ilk dəfə olaraq açılan və fəaliyyət göstərən www.heyvanbazari.com saytının fəaliyyətə başlaması təqdirəlayiqdir. Saytda heyvandarlıq və eləcə də ona yaxın sahələrlə bağlı qiymətli məlumatlar yerləşdirilir. Bu sayt vasitəsi ilə insanlar heyvandarlıq məhsullarını alıb sata bilər, həmçinin şirkətlər, fermerlər muvafiq reklam və elanlarını qoya bilərlər. Eləcə də baytar həkimlər burada maraqlı məqalələrlə çıxış edə bilərlər.


00:24 09.09.2015
Xəbər lenti
Bütün xəbərlər