KANAL24.AZ
Az Iw En Ru

Bakıda polislə sürücü arasında dava

Bu gün Bakıda yol polisi ilə sürücü əlbəyaxa olub.

 

Kanal24 milli.az-a istinadən xəbər verir ki, Ziya Bunyadov prospektində, keçmiş Karl Marks heykəlinin yaxınlığındakı yolda sürətlə hərəkət edən vaxt qəflətən əyləci basan "VAZ-2106" markalı avtomobili yol polisi saxlayıb. Polis sürücüyə avtomobillə qəza şəraiti yaratdığını bildirib və maşını cərimə meydançasına aparmağa cəhd edib. Sürücü isə etdiyi əmələ görə cəzasını çəkəcəyini deyib.

 

Hadisə şahidləri sayta bildirib ki, yol polisi sürücüyə zərbə vurub: "Polis sürücünün ağız-burnunu qana buladı. Belə etmək düzgün deyil axı..."

 


20:43 08.09.2015
Xəbər lenti
Bütün xəbərlər