KANAL24.AZ
Az Iw En Ru

İlham Əsgərov vəfat etdi

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti İlham Əsgərov qəflətən vəfat edib. 

 57 yaşlı aktyor infarkt vurması nəticəsində dünyasını dəyişib. Qeyd edək ki, bir neçə il öncə İ.Əsgərovun beyninə qan sızmışdı.

İlham Əsgərov 3 sentyabr 1958-ci ildə anadan olub. 1982-ci ildən Akademik Milli Dram Teatrının aktyorudur. İstedadlı aktyor Akademik Teatrın ən populyar tamaşalarında iştirak edib.

İlham Əsgərov 28 oktyabr 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 15 may 2006-cı ildə Xalq artisti fəxri adlarına layiq görülüb. 9 may 2012-ci ildə və 30 aprel 2014-cü ildə və 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülüb./Qafqazinfo/


16:25 07.09.2015
Xəbər lenti
Bütün xəbərlər