KANAL24.AZ
Az Iw En Ru

Mübariz Qurbanlı: İsrafçılığa yol verməyin!

"Biz açıq şəkildə çağırış edirik: İsrafçılığa yol verməyin! Bunu deyəndə dinimizə söykənirik".

Kanal24.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının bu gün keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, dövlət heç kimi yas mərasimini bu və ya digər formada keçirməyə məcbur edə bilməz: "Söhbət yalnız israfçılığın qarşısının alınmasından gedə bilər. Biz də bu vaxta kimi Dövlət Komitəsi olaraq Qqafqaz Müsəlmanları İdarəsinin dediklərindən fərqli heç nə deməmişik. Deyilənlər tövsiyə xarakteri daşıyıb. Tövsiyələri isə insanlara izah etmək lazımdır".

M.Qurbanlı deyib ki, yas məclislərində açılan süfrələrə dövlət müdaxilə etmir: "Bizin bununla bağlı kiminsə işinə müdaxilə etmək fikrimiz yoxdur. Qanun nə deyirsə, biz onunla məşğuluq".


20:53 23.10.2014
Xəbər lenti
Bütün xəbərlər