KANAL24.AZ
Az Iw En Ru

Beynəlxalq Bankın əmanətlərinin 50,2 faizini manat təşkil edib

Cari il oktyabrın əvvəlinə olan məlumata görə, Azərbaycan Beynəlxalq Bankında (ABB) fiziki şəxslərin müddətli əmanətlərinin 50,2 faizini manat təşkil edib.

Mərkəzi Bankın mətbuat xidmətindən Kanal24.az-a verilən məlumat görə, əmanətlərin 45,8 faizi ABŞ dolları, 2,9 faizi avro, 1 faizi funt sterlinq, 0,09 faizi qızıl və 0,01 faizi rus rublunda yerləşdirilib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin bankdakı əmanətlərinin həcmi 1,601 milyard manata bərabər olub.


17:20 23.10.2014