KANAL24.AZ
Az Iw En Ru

Caspian Energy jurnalının xüsusi buraxılışı

Caspian Energy jurnalının növbəti, CEO jurnalının isə ilk nömrəsi çapdan çıxıb.

Kanal24.az xəbər verir ki, Caspian Energy jurnalının xüsusi buraxılışı 20 Oktyabr – Azərbaycanda energetiklərin peşə bayramı gününə və “Cənub” dəhlizinin inkişafına həsr olunub. Jurnalın bu nömrəsində Litva Respublikasının Baş naziri Alqirdas Butkyaviçin, İran İslam Respublikası xarici işlər nazirinin Asiya və Sakit okean regionu üzrə müavini və Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi İbrahim Rəhimpurun müsahibələri dərc edilib, aktual məqalələr yer alıb.
Xəzər-Qara dəniz regionunda biznesin inkişafına həsr olunmuş CEO jurnalının ilk sayında isə maliyyə və tikinti sektorlarının inkişafı mövzularına toxunulub. Əsas mövzulardan biri də Bakıda keçiriləcək Birinci Avropa Oyunlarıdır. Jurnalda Avropa Olimpiya Komitəsinin prezidenti Patk Hikki və Azərbaycan Respublikası gənclər və idman naziri Azad Rəhimovun müsahibələri dərc olunub.
Hər iki jurnal dünyanın 50 ölkəsində yayılacaq


17:15 23.10.2014