KANAL24.AZ
Az Iw En Ru

İlham Əliyev icra başçılarını dəyişdi- Rəsmi

Prezident İlham Əliyev icra başçıları ilə bağlı daha bir sərəncam imzalayıb. 

 

Sərəncamda qeyd olunur ki, Nəsib Məhəmməd oğlu Məhəməliyev Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.

Prezidentin digər sərəncamı ilə Asif Yunis oğlu Əsgərov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 

Qeyd edək ki, Asif Əsgərov Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək yeni vəzifəyə təyinat alıb. 


01:13 03.09.2015