KANAL24.AZ
Az Iw En Ru

Sabaha olan HAVA PROQNOZU

Sentyabrın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gündüz mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 19-22°, gündüz 26-31° isti olacağı gözlənilir. Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24°, Türkan, Hövsan, Şıx və Sahildə 24-25° isti təşkil edəcək.
 
Sentyabrın 2-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, ayın 3-də gündüz arabir güclənən giləvar küləyi bəzi insanlarda narahatlıq hissi yarada bilər.
 
Naxçıvan Muxtar Respublikasında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşam və gecə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 11-16°, gündüz 28-33° isti olacağı gözlənilir.
 
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz arabir güclənən cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 18-23° isti olacağı gözlənilir.
 
Qazax,Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşam və gecə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz arabir güclənən cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 28-33° isti olacağı gözlənilir.
 
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz arabir güclənən cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 14-19°, gündüz 26-31° isti olacağı gözlənilir.
 
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşam və gecə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz arabir güclənən cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 30-35° isti olacağı gözlənilir.
 
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-22°, gündüz 28-33° isti, dağlarda gecə 9-14°, gündüz 20-25° isti olacağı gözlənilir. Azərtac

02:05 02.09.2015