KANAL24.AZ
Az Iw En Ru

Tərtərdə yaralananların vəziyyəti ilə bağlı açıqlama

Erməni silahlı bölmələri Azərbaycanın Tərtər rayonunda toy çadırını atəşə tutub, 3 mülki şəxs yaralanıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya deyib ki, yaralılardan biri Tərtər Mərkəzi Rayon Xəstəxanasına, bir nəfər isə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İnsident zamanı qaçarkən yıxılan və yüngül zədə alan Zəhra Əlizadə isə ev şəraitində müalicə olunur.

 
Xatırladaq ki, hadisə rayonun Qapanlı kəndində həyətdə toy mərasimi keçirilərkən baş verib. Nəticədə toyda iştirak edən 63 yaşlı Müşkinaz Tanrıverdiyeva, 67 yaşlı Mədinə Əhmədova və azyaşlı Zəhra Əlizadə xəsarət alıblar. 

23:00 01.09.2015
Xəbər lenti
Bütün xəbərlər