KANAL24.AZ
Az Iw En Ru

Xədicə İsmayıla hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə jurnalist Xədicə İsmayılovanın cinayət işi üzrə keçirilən məhkəmə prosesində hökm oxunub. Məhkəmə təqsirləndirilən şəxsəq qarşı 125-ci maddə üzrə verilmiş ittihama xitam verilib, digər maddələr üzrə təqsirli hesab edilərək, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 
 
Xatırladaq ki, dövlət ittihamçısı Ramazan Hadıyev Xədicə İsmayılovanın 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
 
X.İsmayılova jurnalist Tural Mustafayevin şikayəti əsasında saxllanılıb. Mustafayevin intihara cəhd etməsi ilə bağlı Səbail Rayon Prokurorluğunda fakt əsasında Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb və bu ittiham ürə 5 dekabr 2014-cü ildə X.İsmayılova barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Sonradan X.İsmayılovaya qarşı Azərbaycan Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə),192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə yeni ittihamlar elan olunub. 

23:37 01.09.2015