KANAL24.AZ
Az Iw En Ru

Əhməd Davudoğlu: - "Türkiyə burada ikən Azərbaycan sərhədlərində heç bir sıxıntı ola bilməz"

"Türkiyə burada ikən Azərbaycanın sərhədlərində heç bir sıxıntı ola bilməz".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib. 

Baş nazir 30 avqust Zəfər Bayramı münasibətilə jurnalistlərin suallarını cavablandırarkən Azərbaycan sərhədləri ilə bağlı məsələyə də toxunub: "Can Azərbaycana salamlar olsun. Türkiyə burada ikən Azərbaycan sərhədlərində heç bir sıxıntı ola bilməz. Bir yerdəyik, həmişə də bir yerdə olacağıq. 30 Avqust Zəfər Bayramı Azərbaycanın da bayramıdır. Azərbaycanın bayramı bizim də bayramımızdır".


17:24 31.08.2015