KANAL24.AZ
Az Iw En Ru

Qətər Azərbaycana yeni səfir təyin etdi

Qətər Azərbaycana yeni səfir təyin edib.

Səyyar Abdurrəhman əl-Mauvid Qətərin Azərbaycandakı yeni səfiri təyin edilib. Bu barədə çərşənbə günü Kanal24-ə diplomatik mənbə bildirib.

Müvafiq sərəncamı Qətər Dövlətinin Əmiri imzalayıb.

S.Abdurrəhman əl-Mauvid Azərbaycana səfir təyin edilməzdən əvvəl Qətərin Pakistandakı səfiri olub. Bundan əvvəl diplomat İran, Küveyt, İordaniya, Böyük Britaniya və Koreya Respublikasında diplomatik missiyalarda çalışıb.

O bu postda 2008-ci ilin dekabrından səfir olan Mübarək bin Fəhd Al Tanini əvəz edəcək.


01:23 23.10.2014
Xəbər lenti
Bütün xəbərlər