KANAL24.AZ
Az Iw En Ru

Fuad Muradov 700 bal toplayan gənclə görüşüb

Millət vəkili Fuad Muradov Səbail rayonundan olan, bu il ali məktəblərə qəbul imtahanlarında 700 bal toplamış İsa Məmmədli ilə görüşüb. Görüşdə əsas məqsəd tələbə adını qazanmış istedadlı gəncə dəstək nümayiş etdirmək və ona yeni motivasiya vermək olub. 

Milli Məclisdə baş tutan görüşdə millət vəkili İsa Məmmədliyə Milli Məclis haqqında məlumat verilib. Görüş zamanı qeyd edilib ki, bu gün Azərbaycanın gənclər siyasəti ölkəmizin hər bir gəncini əhatə etməklə yanaşı onların cəmiyyətə inteqrasiyası və gələcəkdə öz istiqamətlərini müəyyənləşdirmək üçün bütün imkanlar yaradır.  Həmçinin gənclər siyasəti ilə yanaşı təhsilə göstərilən diqqət və qayğı sayəsində bu gün ölkə gəncləri dünyanın müxtəlif ali məktəblərində təhsil alaraq ölkəmizə qayıdırlar. Həmçinin ölkə təhsil sistemi hər gün yeni-yeni uğurlara imza atır. Məhz bunun nəticəsidir ki, artıq bir neçə ildir ali məktəblərə qəbul imtahanlarında maksimum ballar toplanılır. 

Görüş zamanı İsa Məmmədli gələcəkdə ölkəmizin inkişafı üçün əlində olan bütün imkanlardan istifadə edəcəyini vurğulayıb.

 

22:55 24.08.2015