KANAL24.AZ
Az Iw En Ru

Oğlu Habil Əliyevin səhhətindəki son vəziyyətdən danışdı

Xalq artisti Habil Əliyevin səhhəti yaxşılaşır. 

Kanal24-ün Ans TV-ə istinadən məlumatına görə, ötən günlərə nisbətən sənətkar indi özünü daha yaxşı hiss edir və ailə üzlərilə də rahatlıqla ünsiyyət qura bilir.

Habil Əliyevin oğlu Rəvan Habiloğlu deyir ki, artıq ikinci dəfədir ki, kaman ustası eyni diaqnozla xəstəxanaya yerləşdirilir:

“Bizi qorxutdu, çox sarsıtdı. Demək olar ki, atamızı itirmişdik. Allaha çox şükürlər olsun ki, atamızı bizə bağışladı. İnanılmazdır sanki bir möcüzədir. Artıq şuru da özünə qayıdıb, adamları da tanıyır, eyni zamanda anamla da söhbət edib. Bu gün az da olsa, çörək də yeyib, su da içib”. 

Kamança ustası 6 gündür ki, Mərkəzi Klinik Xəstəxanada müalicə alır. Sənətkar xəstəxanaya ürək və tənəffüz çatışmazlığı diaqnozu yerləşdirilib.

 

02:36 21.08.2015
Xəbər lenti
Bütün xəbərlər