KANAL24.AZ
Az Iw En Ru

Marselo Koen: Əgər iradə varsa, bütün münaqişələr həll oluna bilər

Oxu.Az-ın Beynəlxalq tədqiqatlar və Cenevrənin inkişafının tədqiqi İnstitutunun beynəlxalq hüquq üzrə professoru, Beynəlxalq məhkəmədə və digər beynəlxalq tribunallarda müxtəlif ölkələrin konsulu, İnvestisiya məsələlərinin tənzimlənməsi üzrə beynəlxalq mərkəzdə arbitr, beynəlxalq hüquq sahəsində fransız, ingilis və ispan dillərində dərc edilmiş 100-ə yaxın materialın müəllifi Marselo Koen ilə müsahibəsi:

- Cənab Koen, Folklend adaları böhranı digər ərazi məsələlərinə necə təsir edə bilər?

- Koloniyaçının Argentinanı Folklend adalarından qovaraq danışıqlar aparmaqdan imtina etdiyi bir zamanda, İngiltərə və Argentina arasında suverenliklə bağlı ziddiyətlər xüsusi bir haldır. BMT-nin müddəalarına görə, bu, vəziyyəti həlli suverenlik məsələsinin həllindən keçir. Adaların britaniyalı əhalisi (2800 nəfərdir, onların yarıya qədəri adalarda doğulub) Argentinanın buradan qovulmasından sonra koloniyaçı tərəfindən bu əraziyə gətirilib və BMT bu insanlara öz müqəddararıtını həll etməyə hüququ olan “bir millət” kimi baxmır.

- Hər bir ərazi münaqişəsinin öz təbiəti var, yoxsa istənilən halda münaqişənin həlli yolları və prinsipləri universaldır?

- Hər bir ərazi mübahisəsinin öz tarixi və məntiqi var, lakin onların hamısı beynəlxalq məsələlərin danışıqlar, vasitəçilik, nümayəndəlik, beynəlxalq məhkəmə və s. kimi yollarla həlli üzrə öhdəliyin əhatə dairəsinə daxildir.

- Fövqəldövlətlər iki prinsipdən birinin üstünlüyünə, yəni ərazi bütövlüyü və millətin öz müqqədəratını həll etmə prinsipinə dair razılığa gələ bilmirlər. Öz müqəddaratını həll etmə prinsipinə istənilən halda, yəni ərazi işğalı, kütləvi qətllər və etnik təmizləmədən sonra bəraət qazandırılırmı?

- Hər icmanın öz müqəddaratını həll etmə hüququ yoxdur. Ölkə daxilində milli azlıqlar “azlıqlardır”, öz müqədaratını həll etmə hüququna malik “xalq” deyil. Tərkibində milli azlıqların yaşadığı ölkənin ərazi bütövlüyü də, elə həmin öz müqəddaratını həll etməyə haqqı olmayan azlıqların hüququ qədər hörmət tələb edir. Hərbi işğal və ya ərazinin etnik təmizlənməsindən sonra öz müqəddaratını həll etmə hüququnu tələb etmək, bu prinsipin real tətbiqi yox, onun ələ salınmasıdır.

- Biz Kosovoda, Abxaziyada, Cənubi Osetiyada və s. bənzər problemlərə müxtəlif yanaşmaların şahidi olmuşuq. Bəzi ölkələrin, bəzi regionlarının müstəqil elan etmələri, amma onalrın bu qərarının digər ölkələr tərəfindən dəstəklənməməsi beynəlxalq münasibətlər üçün sərfəlidirmi?

- Beynəlxalq ictimaiyyət, müxtəlif münaqişələrə yanaşmada bölünürlər və bəzi ölkələr beynəlxalq hüquqa zidd olan fikirlərini açıq şəkildə nümayiş etdirirlər. Müxtəlif icmaların bərabər yaşaması probleminin həlli, ölkəlrin parçalanmasında deyil,  problemin həlli üçün həm dövlətin ərazi bütövlüyü, həm də bu dövlətin daxilində yaşayan müxtəlif icmaların hüququnun təmin edilməsi üçün şəraitin yaradılmasındadır.

- Erməni rəhbərliyinin sözlərinə görə Ermənistan və Azərbaycan bir regionda yaşaya bilməzlər. Amma yenə də 20 ildən artıq sürən müharibə və münaqişədən sonra xalqlara düşmənə qarşı təbii nifrətin öhdəsindən gəlmək üçün necə kömək etmək olar? Qarabağ münaqişəsi haqqında nə düşünürsünüz? Bir münaqişənin həlli bu ziddiyyətlər üçün örnək ola bilərmi?

- İnsanlar bir regionda uzun illər boyu bərabər yaşayıblar. Bundan sonra da bir regionda yaşaya bilməmələri üçün heç bir səbəb yoxdur. Qeyd etdiyim kimi, həll yolu real qüvvəsi olmayan cırtdan dövlətlər yaratmaq məqsədi ilə başqa dövlətin parçalanmasında deyil. Əgər iradə varsa, bütün münaqişələr həll oluna bilər. Honq-Konq və Makaunun Böyük Britaniya və Portuqaliya ilə münaqişəsinin həlli buna yaxşı misal ola bilər: Müstəqil Çinin daxilində böyük muxtariyyət.

- Ermənilərin fikrincə, Qarabağda yaşayan ermənilərin öz müqəddaratını həll etməsinin yeganə yolu, beynəlxalq hüquq ilə Azərbaycana məxsus olan bu regionun müstəqillik almasındadır. Ermənilərin bu fikri barədə nə düşünürsünüz? Başqa sözlə desək, öz müqəddəratını həll etməyin təminatının yeganə yolu müstəqillikdirmi?

- İlk növbədə Qarabağın erməni əhalisinin öz müqəddəratını həll etməyə haqqı olan bir xalq olub-olmaması məsələsini həll etmək laızmdır.

Qeyd etdiyim kimi, beynəlxalq hüquqa görə hər icma “xalq” deyil, yəni hər icmanın xalq kimi öz müqəddaratını təyin etmə hüququ yoxdur. Belə ki, ərazi Azərbaycanın bir hissəsidir, məsələ Azərbaycanın suverenliyi çərçivəsində həll edilməlidir, məsələn böyük bir muxtariyyət yaradılmaqla. Belə örnəklər dünyanın başqa ölkələrində də mövcuddur.

 

23:57 19.08.2015