KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan Qafqazda ən sabit dövlətdir – REYTİNQ

Ermənistan isə çoxsaylı siyasi risklərlə üz-üzə qalıb.

Ermənistanın çoxsaylı siyasi risklərlə qarşılaşdığı bir vaxtda, Azərbaycan Zaqafqaziyanın ən sabit dövlətlərindəndir.

“Komersant” qəzeti xəbər verir ki, Minchenko Consulting kommunnikasiya holdinqinin hazırladığı “Zaqafqaziya (Cənubi Qafqaz) regionunda siyasi risklərin qiymətləndirilməsi” məruzəsindən belə bir qənaətə gəlmək mümkündür.

Məruzənin müəllifləri qeyri-sabitliyin səbəbləri arasında Ukrayna böhranını və onun nəticələrini, eləcə də “köhnə sovet sərhəddindən cənuba doğru artan xaos”u -əsasən də “İslam Dövləti”nin (İŞİD) güclənməsini göstəriblər.

Məruzənin müəllifləri  - Yevgeni Minçenko, Kirill Petrov və Sergey Markedonov iddia edirlər ki, “Donbasda silahlı qarşıdurma ilə ağırlaşdırılan” Ukrayna siyasi böhranı Cənubi Qafqaz da daxil olmaqla bütün postsovet məkannıda vəziyyətin kəskinləşməsinə gətirib çıxarıb.

Zaqafqaziyada vəziyyət zatən mürəkkəb olub.

“Qafqazda (Şimali və Cənubi Qafqaz daxil olmaqla) SSRİ-nın süqutundan sonra altı silahlı münaqişə baş verib. Onların çoxunu tamamilə tənzimlənmiş hesab etmək olmaz, - məruzədə deyilir. – Keçmiş Sovet İttifaqının regionlarından ən çox Qafqazda qonşu dövlətlərin diplomatik münasibətləri yoxdur. Bu gün üçün Ermənistan və Azərbaycan, Rusiya və Gürcüstan, Ermənistan və Türkiyə arasında diplomatik münasibətlər mövcud deyil”

İndi köhnə, həll edilməmiş münasibətlərdə yeni risklər yaranır.

Onların sırasında məruzə müəllifləri Dağlıq Qarabağ zonasında və “təmas xətti” xaricində” Ermənistan-Azərbaycan sərhəddindəki gərginliyi, Gürcüstanın Avroatlantik məkana meylinin güclənməsini, “köhnə sovet sərhəddindən cənuba doğru artan xaos”u, əsasən də “İslam Dövləti”nin (İŞİD) güclənməsini göstərirlər.

Məruzənin müəlliflərinin fikrincə regionun ölkələrinin makroiqtisadi sabitliyi, eləcə də sosial və daxili siyasi sahələrdəki vəziyyət daha çox narahatlıq doğurur. Daha bir amil – Türkiyənin (məruzədə burada digər ölkələrdə olduğu kimi “ərəb yazı”nın baş verməsi təhlükəsi var) və İranın (o “siyasi yenidənqurmanın qurbanı ola bilər, ideoloji kursun kəskin dəyişməsinə dözməyərək daxildən partlaya bilər”)  gələcəyinə dair qeyrimüəyyənlikdir.

Məruzədə Zaqafqaziyanın üç ölkəsindəki vəziyyət ətraflı şəkildə nəzərdən keçirilir. Ən sabit dövlət– “Zaqafqaziyada xarici investorlar üçün ən cəlb edici ən güclü iqtisadiyyat”ı olan Azərbaycan hesab edilib.

“Qaz yataqlarının işlənməsi neft ehtiyatlarının tükənməsindən azalan gəliri kompensasiya edir, - məruzədə deyilir. – Çoxşaxəli xarici siyasət və ABŞ, Avropa İttifaqı, Rusiya, Türkiyə, İran, İsrail və ərəb dünyası ölkələrinin maraqları arasında tarazlıq yaratmaq bacarığı Bakının ən güclü tərəfi olaraq qalır”.

Gürcüstanda vəziyyət bir qədər pisdir.

“Gürcüstan siyasi riskləri olan ölkə kimi qalmaqdadır, - məruzənin müəllifləri iddia edrilər. – “Gürcüstan arzusu” koalisiyasının və “Vahid milli hərəkat” müxalifət partiyası arasında rəqabət davam edir, bu rəqabət birincinin eroziyası və bölünməsi, ikincinin liderlərinə qarşı açıq təqiblər fonunda baş verir”.

Sənəddə “Qərbə tərəf gürcü dreyfindən bəhs olunsa da, müəlliflərin fikrincə, bu, hələ “konkret nəticələrə çevrilmir”.

Nəhayət, Minchenko Consulting məruzəsinə görə, ən böyük risklər Ermənistandadır, bu dövlət 2015-ci ildə kütləvi etiraz aksiyaları yaşadı. Nümayişlər və asayiş pozuntularına səbəb ölkənin ictimai xidmətlərinin tənzimlənməsi üzrə Komissiyanın elektirk enerjisinin tarifini artırması barədə qərarı səbəb oldu.

“Bununla yanaşı tarif problemi – böyük risklərlə dolu olan ümumdaxili və xarici siyasi kontekstlərin yalnız bir hissəidir”, sənəddə deyilir.

“Ölkənin dörd dövlət sərhəddindən ikisi (Türkiyə və Azərbaycan) bağlıdır. Dünyaya açılan iki pəncərə - gürcü və iran sərhəddidir – onlar isə rusiya-gürcü münasibətləri, eləcə də RF və Qərb, Tehran və ABŞ münaqişələri ilə sıx bağlıdır, - məruzədə qeyd edilir. – Bütün bunlar irimiqyaslı investisiyalar üçün maneə yaradır, yoxsulluğa yol açır, eləcə də Dağlıq Qarabağ münaqişəsinin “donunun açılmasına” təhlükə yaradır”.

 

19:28 19.08.2015