KANAL24.AZ
Az Iw En Ru

Rusiyanın baş ravvini Berl Lazar Azərbaycanda səfərdədir

Rusiyanın baş ravvini Berl Lazar Azərbaycana səfəri zamanı Quba rayonunun Qırmızı  qəsəbəsini ziyarət edib.Heyəti Milli Məclisin deputatı Yevda Abramov, qəsəbənin İcra hakimiyyəti başçısı Pesax İsakov, Bakı Yəhudi evinin direktoru Şaul Davudov müşəyət edib.
Səfər zamanı nümayəndə heyəti dağ yəhudilərinin yaşadığı qəsəbə haqqında ətraflı məlumatlandırılıb, onların azərbaycanlı və yəhudilərin qardaşlığı və dostluğu, bir birlərinə və dövlət rəhbərliyinə qarşı olan hörmətin şahidi olublar. "Zvulun"Yəhudi biznes assosiyasiyasının rəhbəri Avraam Yuraş, Stmegi kanalına müsahibəsində onun rəhbərlik etdiyi təşkilat yaxın xarıcdə yəhudi iş adamlarını dəstəkləyən birlik olduğunu bildirib.O deyib:"Bizim təşkilata Rusiyanın iş adamları və ravvinləri, Qazaxstan, Baltikyanı ölkələr və Gürcüstan iş adamları daxildir.Bizim təşkilat bir çox layihələr həyata keçirir, onlardan biri də bu dövlətlər arasında tanışlıq, dostluq və əçəkdaşlıq əlaqələrini artırmaqdır.Bizim Azərbaycana səfərimizin əsas məqsədi də məhz təşkilatın üzvlərinin bir birilə tanış etməkdir." Rusiyanın baş ravvini Berl Lazar Stmegi müxbiri ilə müsahibədə bildirib ki :"Burada hər şey çox gözəldir.Burada yəhudi həyatının necə inkişaf etməsi, sineqoqların təmiri, muzey və mikvahın tikilişi göz qabağındadır.Buna görə də mən əminəm ki, yəhudi xalqı hələ uzun illər burada rahat yaşayacaqlar .Onıar Azərbaycan dövlətinin diqqət və qayğısına görə burada özlərini çox rahat hiss edirlər.Mən Azərbaycana uğurlar, çiçəklənmə arzulayıram, biz buraya yəhudi xalqının inkişafımı görməyə yenə də gələcəyik ." Sonra nümayəndə heyəti tikilən yəhudi muzeyini, yəhudi kollecini, mikvahı, dini xadim Admir Qurşunun məzarını və iki sineqoqu ziyarət edib.
 
 
 
 
 
 
 
 

23:33 23.10.2017
Xəbər lenti
Bütün xəbərlər