KANAL24.AZ
Az Iw En Ru

Səhiyyə naziri Oqtay Şirəliyev “Şöhrət” ordeni ilə təltif olunub

Azərbaycan prezidenti İlham Əliyev səhiyyə naziri Oqtay Şirəliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. O. Şirəliyev Azərbaycan Respublikasında səhiyyənin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib. *** Azərbaycan prezidenti İlham Əliyev Hicran Hüseynovanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Qeyd edək ki, H. Hüseynova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədridir.
02:00 13.08.2015