KANAL24.AZ
Az Iw En Ru

Vidadi Həsənov "Azdrama" YUĞ davası haqda: "Belə şeylərə vaxtım yoxdur"

Əməkdar artist, YUĞ teatrının tanınmış aktyoru Vidadi Həsənov son zamanlar "Azdrama" və YUĞ teatrları arasında baş verənlərə münasibət bildirməkdən imtina edib.

Əməkdar artist Ölkə.Az-ın əməkdaşı ilə söhbətində bildirib ki, aktyor mübahisələrlə deyil, işlə məşğul olmalıdır:

"Siz mənə sənət aləminin ağsaqqallarından biri kimi müraciət etdiniz. Mən də ağsaqqal kimi deyirəm. Ağsaqqal rütbəsində və mövqeyində olan adamlar belə şeylərə baş qoşmamalıdırlar. Aktyor işlə məşğul olmalıdır. Mən də işlə məşğul olan adamam. Belə şeylərə vaxtım yoxdur".

Qeyd edək ki, YUĞ və "Azdrama" arasındakı münasibətlər Gümrah Ömərin qalmaqallı müsahibəsindən sonra bir qədər də gərginləşib.

 

21:28 06.08.2015
Xəbər lenti
Bütün xəbərlər