KANAL24.AZ
Az Iw En Ru

Vaqif Sadıqov: "Qarabağ" unutmamalıdır ki, "Seltik" əks-hücumlarda çox güclüdür

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsində Ağdamın "Qarabağ" klubu Şotlandiyanın "Seltik" klubunu qəbul edəcək.

"Qarabağ" - "Seltik" oyunu ərəfəsində Tofiq Bəhrəmov adına Respubilka stadionunun ot örtüyünün bərbad gündə olması xəbərləri yayıldı. Meydanın yararsız olması hətta oyunun başqa bir stadionda keçiriləcəyi söz-söhbtini də gündəmə gətirdi.

"Qarabağ" - "Seltik" oyunu və ot örtüyü problemi ilə bağlı AFFA-nın Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Ölkə.Az-la fikirlərini bölüşüb.

Vaqis Sadıqov: "Ot örtüyünün bərbad olması istər-istəməz mənfi təsir göstərə bilər. Şəxsən bu məsələyə cavabdeh olan insanlar lazım olan tədbirləri həyata keçirməyə çalışıblar. Ot örtüyünün əkilməsi ilə bağlı bununla məşğul olan şirkətlə müqavilə bağlayıblar. 1 il bundan öncə stadionun ot örtüyünü tamam dəyişdirib, yüksək səviyyəyə çatdırmışdılar. Heyif ki, bir ilin ərzində belə bir vacib oyunda tamamilə fərqli abı-hava ilə qarşılaşırıq. Hər bir işdə peşəkarlığa üstünlük vermək lazımdır. Çox istərdim ki, bu problem "Qarabağ"ın oyununa təsir etməsin. Ümüd edirəm ki, "Qarabağ" azarkeşlərinin, hər birimizin önündə ən yaxşı oyunlarından birini keçirib növbəti mərhələyə vəsiqə qazansın. "Qarabağ" həmişə çətinə düşəndə güclü olduğunu, əsl komanda olduğunu göstərir və yenə göstərəcəyinə inanırıq. Bu gün bütün çətinliklərə rəğmən inanırıq ki, "Qarabağ" müsbət nəticə ilə bizi sevindirəcək".

- Oyunla bağlı proqnozunuz?

- Proqnoz başqa ola bilməz. Biz hamımız "Qarabağ"ın qələbəsini istəyirik. Oyunda erkən vurulan bir qol olmalıdır. "Qarabağ" oyunun sonuna qədər tempi qoruyub saxlamalıdır. "Seltik" ilk oyunda mövqeli hücumlarda o qədər güclü oynaya bilmədi, ancaq "Seltik" əks-hücumlarda çox güclüdür. Bunu Qurban Qurbanov və komandası görüb və başa düşür. "Qarabağ" etibarlı, yaxşı nəticəyə hesablanmış bir oyun sərgiləməklə "Seltik"i keçməlidir.

- "Qarabağ"ın növbəti mərhələyə keçməsinə inanırsınız?

- İnam ən vacib amildir. Tək mən yox, Azərbaycanda elə bir azarkeş yoxdur ki, "Qarabağ"a, onun qələbəsinə inanmasın.

 

23:20 05.08.2015
Xəbər lenti
Bütün xəbərlər