KANAL24.AZ
Az Iw En Ru

Bakı Dövlət Universiteti beynəlxalq əlaqələrini genişləndirir

Oktyabrın 21-də Albaniya parlamentinin sədri İlir Metanın başçılıq etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.

Kanal24.az xəbər verir ki, görüşdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Azərbaycan ilə Albaniya arasındakı əlaqələrin əhəmiyyətini diqqətə çatdırıb.
Ölkəmizdə təhsilə böyük önəm verildiyini bildirən rektor rəhbərlik etdiyi universitetin fəaliyyətindən, beynəlxalq əlaqələrindən danışıb.
İlir Metan elm, təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyindən bəhs edib.

Görüşdə Bakı Dövlət Universiteti ilə Albaniyanın Tirana Texniki Universiteti arasında əməkdaşlığa dair Memorandum imzalanıb.


01:00 22.10.2014