KANAL24.AZ
Az Iw En Ru

"Dövlətin onları öldürməkdən başqa alternativi qalmayıb" - Açıqlama

“Əli silahlı kürdlər Türkiyə dövlətindən nə tələb edirdi? "Ana dilimizdə danışmaq istəyirik". Dövlət təmin etdi, rahatca danışa bilirlər. "Kəndlərimizin kürdcə adları geri qaytarılsın". Dövlət bunu da təmin etdi. "Televiziya və radioda kürdcə yayım olsun". Bu da yerinə yetirildi. "Parlamentdə təmsilçilərimiz olsun". Türkiyə Cumhuriyyəti tarixində ilk dəfə kürdlərin partiyası 80 millət vəkili ilə parlamentdə təmsil olunur, sayları türk milliyətçiləri qədərdir”. 

Bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu son günlər Türkiyədə PKK terror təşkilatının türk əsgərləri və dinc əhaliyə qarşı törətdiyi silahlı hücumlara münasibət bildirərkən Facebook səhifəsində yazıb. 

E.Şahinoğlu qeyd edib ki, kürdlərin daha daha istək və tələbi qalmayıb, ancaq yenə də öldürürlər. 

“Deməli, dövlətin də onları öldürmək, bazalarını bombardman etməkdən başqa alternativi qalmayıb. Əlbəttə, PKK bu bombardmanlar nəticəsində yox olmayacaq, ancaq gərəkli dərsini almalıdır ki, dövlətin güzəştlərini təslimçilik kimi anlamasın”.

 

20:45 05.08.2015