KANAL24.AZ
Az Iw En Ru

Qızıl 6 dollara qədər ucuzlaşıb

Amerika fond bazarında Dow Jones indeksi 0,52% - 17 598,20 bəndədək, NASDAQ 0,25% - 5 115,38 bəndədək, S&P 500 0,28% - 2 098,04 bəndədək azalıb.
 
Avropa fond bazarlarında FTSE 100 indeksi 0,11% - 6 688,62 bəndədək azalıb, Fransa CAC-40-ı 0,75% - 5 120,52 bəndədək, Almaniya DAX-ı 1,19% - 11 443,72 bəndədək artıb.
 
COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 5,90 dollar azalaraq 1 083,50 dollara, gümüş isə 0,09 dollar azalaraq 14,42 dollara satılıb./APA/
 

18:05 04.08.2015