KANAL24.AZ
Az Iw En Ru

Bakıda daha bir “ASAN Xidmət” mərkəzi fəaliyyətə başlayıb

Bu gündən başlayaraq 5 saylı Bakı “ASAN Xidmət” mərkəzi vətəndaşlara xidmət göstərməyə başlayıb. 
  
APA-nın xəbərinə görə, Bakı şəhərində qeydiyyatda olan sakinlər yeni açılan mərkəzin xidmətlərindən yararlana biləcəklər.
   
Qeyd edək ki, hazırda respublikada 9 “ASAN Xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakıda, digərləri isə Sumqayıt, Gəncə, Sabirabad və Bərdədədir. Son 2 il 6 ay ərzində “ASAN Xidmət” mərkəzlərinə 5 milyondan artıq müraciət daxil olub.

 

 

20:57 30.07.2015