KANAL24.AZ
Az Iw En Ru

4-cü çağırış Milli Məclis: kimlər və nə ilə yadda qaldı?

Təxminən iki ay öncə, mayın sonlarında axırıncı plenar iclasını keçirən 4-cü çağırış Milli Məclis (MM) növbəti yaz sessiyasının başa vuraraq ənənəvi şəkildə yay tətilinə çıxıb. 

«Xəbərservis»-in araşdırmasına görə, adətən, may ayından sonra, iyunda növbədənkənar sessiya çağırıb ən azı iki-üç iclas keçirən və bununla da tətilə yollanan parlament bu dəfə buna ehtiyac duymayıb. Daha doğrusu, iyun ayında Azərbaycanda keçirilən möhtəşəm və əzəmətli Birinci Avropa Oyunları ilə bağlı parlamentin növbədənkənar sessiya çağırıb işləməsinə, plenar iclas(lar) keçirməsinə bəlli səbəblərdən gərək duyulmayıb. Əslində, axırıncı yaz sessiyasını 4-cü çağırış parlamentin yekunu, sonu da hesab etmək olar. Çünki qarşıdan-noyabr ayında növbəti-5-ci çağırış parlament seçkiləri gəlir və təxminən 30-40 gündən sonra da seçkilərə rəsmən start veriləcək. Yəni, oktabrın 1-də başlayacaq növbəti payız sesiyasını və bir-iki plenar iclası nəzərə almasaq, 4-cü çağırış parlamentin artıq öz ömrünü başa vurmuş saymaq olar.

Bəs, görəsən, 4-cü çağırış MM və parlamentdə təmsil olunan 121 deputat ( YAP sədrinin müavini və icra katibi Əli Əhmədov baş nazirin müavini, YAP icra katibinin müavini, politoloq Mübariz Qurbanlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səri təyin olunması ilə əlaqədar hər ikisinin vaxtından əvvəl deputatlıq fəaliyyətinlərinə xitam verilib, sabiq deputat Gülər Əhmədova məlum qalmaqalla bağlı cinayət məsuliyyətinə cəlb və həbs olunması ilə əlaqədar vaxtından əvvəl deputatlıq mandatından məhrum olunub, Zaqataladan olan mərhum deputat  Hikmət Atayev isə iki il öncə avtomobil qəzası nəticəsində dünyasını dəyişib və ötən müddət ərzində nə onun, nə də digər üc millət vəkilinin yerinə başqaları seçilib) öz fəaliyyəti ilə seçicilərin rəğbətini qazana və onların etimadını doğrulda bilibmi? 4-cü çağırış MM-in üzvü olanlar ötən 5 il ərzində seçilərkən öz seçicilərinə vəd etdikləri sözlərin, vədlərin hamısına əməl ediblərmi, onların problemlərini parlament tribunasından dilə gətirib, həllinə nail ola biliblərmi? Həmçinin, parlamentin plenar və komitə iclaslarında, mətbu orqanlarda fəallıq nümayiş etdiriblərmi, mediaya açıq olublarmı,  qanunvericilik təşəbbüsü hüquqdan istifadə edərək bu və ya digər qanunvericilik aktlarının qəbul olunması və ya mövcud olan qanunlara dövrün reallıqlarına uyğun olaraq dəyişikliklər, əlavələr edilməsi təklifi ilə çıxış ediblərmi? Eyni zamanda, Azərbaycanı, parlamenti təmsil etdikləri beynəlxalq qurumlarda layiqincə təmsil edə, Azərbaycan, Qarabağ həqiqətlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdıra biliblərmi?

Göründüyü kimi, suallar həddindən artıq çoxdur. Bəs cavablar necə? Bu məsələyə heç də birmənalı və tam müsbət cavab vermək mümkün deyil. 5 illik fəaliyyətləri ərzində etimadı doğruldanlar da, doğrultmayanlar da, seçiciləri, eyni zamanda, mənsub olduqları qurumları belə demək mümkünsə, xəyal qırlığına uğradanlar da olub.  Ümumilikdə götüründə faiz nisbəti 50-nin 50-yə və ya 55-in 45-ə olub. Məsələni bir qədər də kokretləşdirməli olsaq deyə bilərik ki, 4 çağırış MM-də yenə əvvəlki çağırışlarda parlamentdə təmsil olunan bəzi millət vəkilləri, eyni zamanda, sonuncu çağırış seçkilərdə mandat almış bir neçə deputat fəallıqları, aktivlikləri ilə seçiliblər, fərqləniblər, seçiciləri və media tərəfindən dəyərləndiriliblər. Onlar həm seçicilərinin hüquqlarının fəal müdafiəçi olublar, həm plenar və komitə iclaslarında fəallıq nümayş etdiriblər, həm mediaya açıq olublar, həm də təmsil etdikləri beynəlxalq qurumlarda Azərbaycanı layiqincə təmsil ediblər. Təbii ki, ön sırada yenə də  millət vəkili, birinci ledi, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyeva gəlir. Elə Azərbaycanın uğurla evsahibliyi etdiyi Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri kimi onun fəaliyyəti,  gördüyü misilsiz işlər və xidmətlər Mehriban xanımın fəaliyyətinə qiymət vermək üçün kifayət və bəs edir. Onun seçicilərinin hüquqlarının müdafiə sahəsində gördüyü işlər isə son dərəcədə misilsiz və saya-hesaba gəlməzdir. 

Bununla yanaşı, deputatlardan Bahar Muradova, Ziyafət Əsgərov, Hadi Rəcəbli, Eldar İbrahimov, Rəbiyyət Aslanova, Əli Hüseynli, Rafael Cəbrayılov,  Zahid Oruc, Aydın Mirzəzadə, Qüdrət Həsənquliyev, Fazil Mustafa, Vahid Əhmədov, Əli Məsimli, Siyavuş Novruzov, Fuad Muradov, , İqbal Ağazadə, Asim Mollazadə, Tahir Rzayev, Musa Quliyev, Azay Quliyev, Gövhər Baxşəliyeva, Jalə Əliyeva parlamentin ən fəal və fərqlənən üzvləri olub. Qruplaşdırma aparmalı olsaq, o zaman 4-cü çağırış millət vəkillərini 4 qrupa - fəal, qismən - fəal, son 2 ildə daha çox fəal  və qeyri-fəal olan deputatlar qruplarına ayırmaq olar.

Fəal olan deputatlar qrupuna bunlar daxildir:

Mehriban Əliyeva, 

Bahar Muradova, 

Ziyafət Əsgərov,

Rafael Cəbrayılov,

Qənirə Paşayeva,

Zahid Oruc,

Aydın Mirzəzadə, 

Hadi Rəcəbli,

Eldar İbrahimov,

Oqtay Əsədov,

Musa Quliyev, 

Azay Quliyev,

Siyavuş Novruzov, 

Qüdrət Həsənquliyev,

Əli Hüseynli, 

Rövşən Rzayev,

Çingiz Qənizadə, 

Fazil Mustafa,

Rafael Hüseyn(o daha AŞPA-dakı fəaliyyəti və üzvü olduğu Mədəniyyət komitəsində çoxsaylı təkifləri, bir sır vacib və əhəmiyyətli qanun layihələri hazırlayıb təqdim etməsi ilə fərqlənir),

Sabir Rüstəmxanlı,

Asim Mollazadə,

İqbal Ağazadə,

Rəbiyyət Aslanova,

Fuad Muradov,

Tahir Rzayev,

Jalə Əliyeva,

Elmira Axundova,

Məlahət İbrahimqızı,

Vahid Əhmədov,

Əli Məsimli,

Fəttah Heydərov,

Adil Əliyev (mətbuatdakı fəallığına və seçilərinin hüquqlarının müdafiəsindəki fəaliyyətinə görə),

Fəzail Ağamalı,

Bəxtiyar Sadıqov,

Abel Məhərrəmov,

Gövhər Baxşəliyeva,

Fərəc Quliyev,

Nizami Cəfərov,

Arif Rəhimzadə,

Səməd Seyidov,

Sevinc Fətəliyeva və Sahibə Qafarova(Sonuncu iki xanım parlamentari daha çox AŞPA-dakı fəaliyyətləri, bir sıra ümumAvropa məsələləri üzrə məruzəci təyin olunmaları, komitə sədri seçilmələri ilə fərqləniblər)

Qismən-fəal olan deputatlar qrupuna adıçəkilən millət vəkilləri daxildir:

Kamilə Əliyeva ( O, 2005-2007-ci illərdə istər plenar iclaslarda, istərsə də mediada fəallığı ilə fərqlənsə də, son 3 ildə fəallığını bir qədər azaldıb),

Valeh Ələsgərov,

Zeynəb Xanlarova,

Aydın Abbasov (AŞPA-dakı fəaliiyəyinə görə),

Ziyad Səmədzadə,

Yaqub Mahmudov,

Rüstəm Xəlilov, 

İlyas İsmayılov, 

Fəzail İbrahimli,

Əhliman Əmiraslanov,

Gülçöhrə Məmmədova,

Aqiyə Naxçıvanlı,

Əhməd Vəliyev,

Aytən Mustafayeva,

Novruzəli Aslanov,

Tahir Süleymanov,

Flora Qasımova,

Elman Məmmədov,

Musa Qasımlı,

Rasim Musabəyov,

Xanhüseyn Kazımlı,

Ülvi Quliyev,

Şəmsəddin Hacıyev, 

Çingiz Əsədullayev,

Rüfət Quliyev,

Rauf Əliyev,

İlham Məmmədov,

Bəxtiyar Əliyev, 

Rafiq Məmmədhəsənov,

Azər Kərimli,

Sədaqət Vəliyeva,

İsa Həbibbəyli,

İsmayıl Hacıyev,

Ağalar Vəliyev (ATƏT PA-dakı fəaliiyətinə görə),

Cavid Qurbanov,

Etibar Hüseynov,

Astan Şahverdiyev

Daha çox son iki il ərzində fəal olan deputalar qrupuna bunları aid etmək olar (Qeyd edək ki, onlar son iki il ərzində müşaihədələrə əsasən həm plenar, həm komitə iclaslarında, həm də mətbuatda xüsusi fəallıqları, aktivlikləri, hadisələrə çevik reaksiyaları ilə fərqləniblər):

Azər Badamov,

Leyla Abdullayeva,

Sahib Alıyev,

Hüseynbala Mirələmov

Qeyri-fəal olan deputalar qrupuna isə bunlar daxildir:

Arif Alışanov,

Aslan Cəfərov,

Nazim Fərəcov, 

Mahir Aslanov,

Hacı Madər Musayev,

Nəriman Əliyev,

İqbal Məmmədov,

Sevinc Hüseynova,

Mixael Zabelin,

Cəlal Əliyev,

Rövnəq Abdullayev,

Malik Həsənov,

Hacı Salayev, 

Sabir Hacıyev,

İmamverdi İsmayılov,

Muxtar Babayev,

Cavanşir Paşazadə,

Əlağa Hüseynov,

Xanlar Fətiyev,

Ağacan Abiyev

Əsabil Qasımov,

Ayaz Orucov

Onu da bir daha xatırladaq ki, gələn ayın sonlarıda (ən geci sentyabrın əvvəllərinə kimi) bütün siyasi qurumlar, müstəqillər (bitərəflər) öz namizədlərini və namizədliklərini, seçki qərarlarını rəsmən açıqlayacaqlar. Yuxarıdakı məzərə, həmçinin, siyasi qurumlarda, xüsusilə, hakim partiyada aparılan təhlillər, rəy sorğuları və sair kimlərin təkrarən namizəd olub-olmayacağı məsələsində önəmli rol oynacaq. İndidən hər kəsə xeyirlisi!

 

 

20:36 27.07.2015