KANAL24.AZ
Az Iw En Ru

Nəqliyyat Nazirliyinin səlahiyyəti artırıldı

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Kanal24.az-ın məlumatına görə, Fərmanda Prezident qərara alıb ki, “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 8.8-2-ci bənd əlavə edilsin:
“8.8-2. Avtomobil yollarının vahid dövlət reyestrini aparmaq”.

Bununla da Nəqliyyat Nazirliyinə avtomobil yollarının vahid dövlət reyestrini aparmaq səlahiyyəti verilib.


06:55 21.10.2014
Xəbər lenti
Bütün xəbərlər