KANAL24.AZ
Az Iw En Ru

Açıqgözlü ölüm

Oturaq iş rejimi – Gün ərzində 6 saatdan çox oturan insanların diabet, ürək xəstəlikləri və xərçəngə tutulma riski var. Oturaq vəziyyətdə keçirilən hər 1 saat ümumilikdə daxili orqanlarda xərçəng riskini 10 faiz, bağırsaqlarda 8 faiz, ağciyərdə isə 6 faizədək artıra bilir.
 
Demək olar ki, əksəriyyətimiz işdən döndükdən sonra televizor qarşısına keçir, saatlarla veriliş və ya film izləyirik. Mütəxəsisslər belə bir vərdişi olan insanlarda ürək xəstəliklərinə və infarkt riskinə 2-3 dəfə daha çox  rast gəlindiyini müəyyən ediblər.
 
Hər gün çimmək də sağlamlığmıza mənfi təsir göstərən vərdişlərdəndir. Hər gün isti duş qəbul etmək dərinin nəminin itirilməsinə və tez qocalmasına səbəb olur.
 
Fenlə  saç qurutmaq da tövsiyə olunmur. Çünki tez-tez saçı fenlə qurutmaq hüceyrələrdəki böyük molekulların zərər görməsinə, hüceyrə pərdələrinin bir-birinə yapışmasına, hüceyrə ion tarazlığının pozulmasına, sinir sisteminin zəifləməsinə, beyinin elektrik işarəsinin dəyişməsinə, ayrıca, yuxusuzluq, baş ağrısı və baş gicəllənməsinə səbəb ola bilər. Bütün bunlarla yanaşı radiasiyanın yaddaş itkisi, sinir və qan dövranı sistemi pozğunluqları, immunitet sisteminin zəifləməsi kimi ziyanlara yol açdığı iddia edilir. (Atv)

 

 

 

01:20 14.07.2015