KANAL24.AZ
Az Iw En Ru

"Buz dövrü" gəlir

Alimlər: Yer kürəsi buzlaşma təhlükəsi ilə üz-üzə

 

Mütəxəssislər Yer kürəsində növbəti dəfə "buz dövrü"nün yaşana biləcəyi haqqında xəbərdarlıq ediblər. Günəşin aktivliyini izləyən astronomlar 2030-cu ildə planetimizdə güclü soyuqlaşmanın başlayacağını ehtimal edirlər. Onların fikrincə, bu dövr 2040-cı ilə qədər davam edəcək.
 
Professor Valentina Jarkova apardığı araşdırmaların nəticələrini paylaşarkən bildirib ki, 2030-2040-cı illər arasında 26-cı Günəş dövrü olacaq. Bu dövrdə mövcud olan iki dalğanın bir-birinə qarşılıqlı təsiri nəticəsində Günəşin aktivliyi sıfra enəcək. Nəticədə bəşəriyyət son 300 ildə qarşılaşmadığı şiddətli şaxtalarla üz-üzə qalacaq. Professor Valentina Jarkova hesablamaların 97 faiz dəqiqliklə aparıldığını qeyd edib.
 
2011-ci ildə çəkilən bu şəkildə Günəşin səthi təmiz və sabitdir.
 
"Maunder minimumu" adlandırılan həmin soyuqlaşma hadisəsi sonuncu dəfə 1645-ci ildə baş vermişdi. 1715-ci ilə qədər davam edən şaxtalar nəricəsində İngiltərədəki Temza çayı da donmuşdu. Astronom Edvard Maunderin hesablamalarına görə, həmin dövrdə Günəşdə 40-50 min əvəzinə, cəmi 50 ləkə müşahidə edilmişdi. Yaranan ləkələrin əksəriyyəti isə Günəşin cənub yarımkürəsində əmələ gəlirdi. (anstv)

 

 
 

17:00 13.07.2015