KANAL24.AZ
Az Iw En Ru

"Yeni Yurd" uşaqları sevindirdi

“Yeni Yurd” Sosial İnkişaf ictimai birliyi "Expo Primier" oteldə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün iftar süfrəsi açıb. İftar süfrəsindən əvvəl  valideyn qayğısına ehtiyacı olan uşaqların iştrakı ilə şənlik keçirildi.

Ramazan ayı münasibəti ilə təşkil olunan şənliyi giriş sözü ilə açan Yeganə Mirzəyeva “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin sədri Mahirə Əsədovaya təşəkkürünü bildirərək Ramazan ayının fəzilətlərindən və bu ayda xeyriyyəçiliyin vacib əməllərdən biri olduğunu bildirdi.

 “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin sədri Mahirə Əsədovaya çıxış edərək dedi ki, cəmiyyətimizdə məqsədyönlü humanitar siyasət eyni zamanda xeyriyyəçilik missiyasının həyata keçirilməsində mühüm rol oynayan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti hər birimiz üçün nümunədir: "Valideyn himayəsindən məhrum olan uşaqlara qayğı və diqqət ən ümdə  insanlıq borclarımızdan biridir. Bu gün açdığımız iftar süfrəsi valideyn qayğısına ehtiyacı olan uşaqlara göstərməli olduğumuz diqqətin kiçik bir hissəsidir”  Daha sonra şənlik iştrakçıları üçün “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin dəstəyi ilə çəkilən “Xoş gəldin Ramazan” klipi nümayiş olundu.

 

22:50 11.07.2015