KANAL24.AZ
Az Iw En Ru

Cavid Qurbanov himn yazdı - MƏTN

"Azəryolservis" ASC-nin sədri Cavid Qurbanov prezidenti olduğu "Azəryol" voleybol klubu üçün himn yazıb

Kanal24.az-ın sportnet.az-a istinadən məlumatına görə, himnin musiqisi tanınmış bəstəkar, xalq artisti Eldar Mansurova məxsusdur.

 

Himnin mətnini təqdim edirik: 

Uzağı yaxın edər-

Rəvandır yollarımız.

Sahillər birləşdirən

Körpülər qollarımız.
Qələbəyə aparar

Vətən övladlarımız.


Şan-şöhrətli ölkəmə

Bəlli uğurlarımız,

Birinci ol, qalib ol-

Azəryol-Azəryol!


Bayrağını sancdığın

Bu zirvələr sənindir.

Qazandığın qələbə,

Hər uğur vətənindir-

Yurdumun torpağında

Kök atıb bitənindir.
 

Azərbaycan adıyla

Sən həmişə qalib ol-

Azəryol... Azəryol!

 


00:47 21.10.2014