KANAL24.AZ
Az Iw En Ru

Prezident İlham Əliyev təltif etdi - TAM SİYAHI

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Amaliya Pənahovanın "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.  
 
Sərəncama əsasən Amaliya Əliş qızı Pənahova Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.  
 
***  
 
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının səhiyyə işçilərinin "Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.  
 
Sərəncama əsasən Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslər"Tərəqqi” medalı ilə təltif ediliblər:  
 
Cəfərov Mühübali Cəfər oğlu  
 
Cabarova Kübra Teymur qızı
 
Hüseynova Sevil Fazil qızı  
 
Rzayeva Hafizə Vəli qızı  
 
Rəhimova Dürdanə Nadir qızı  
 
Şəfiyeva Pərvanə Əskər qızı  
 
Şuqayev Nazim İlyasoviç  
 
Tarverdiyeva Şəfəq Tarverdi qızı
 
Yusifova Sevinc İsaq qızı.
 
  ***  
 
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.  
 
Sərəncama əsasən Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərəAzərbaycan Respublikasının fəxri adları verilib:
 
  "Əməkdar Həkim”  
 
Ağayev Rauf Maqsud oğlu  
 
Abdullayev Vasif Abdulla oğlu
 
Bayramov Fərrux Mustafa oğlu
 
Əliyeva Elmira Ağa-Baba qızı  
 
Poladov Gülmirzə Ağamirzə oğlu  
 
"Əməkdar Müəllim”  
 
Alimetov Serqey Nəriman oğlu
 
Rzayeva Naidə Muxtar qızı  
 
"Əməkdar Tibb İşçisi”  
 
Abuşova Sevil Oktay qızı
 
 Babayeva Pakizət Bunyamudinovna  
 
Hüseynova Gözəl Bəhman qızı  
 
Qənbərova Zəhra Mirseyib qızı  
 
Məlikova Türkan Yaşar qızı  
 
Məhərrəmova Natella Məhəmmədəli qızı
 
Mirzəyeva Zöhrə Adil qızı.

03:26 18.06.2015