KANAL24 ONLINE TV
Az Iw En Ru

Elvin Mürsəliyevi Azərbaycan prezidenti mükafatlandırdı

Yunan-Roma güləşi üzrə yığma komandamız Bakı-2015 I Avropa Oyunlarında bu gün daha bir qızıl medal qazanıb. Apasport.az saytının məlumatına görə, 75 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edən Elvin Mürsəliyevi Azərbaycan prezidenti İlham Əliyev mükafatlandırıb.
 
Heydər Əliyev adına İdman Arenasında Mürsəliyevin final görüşünü canlı izləyən ölkə başçısı daha sonra qızıl medalı fəxri kürsünün ən yüksək pilləsinə qalxan güləşçimizin boynuna salıb.
 
 
 
 
Ardından himn sədaları altında dövlət bayrağımız dalğalanıb.
 
Qeyd edək ki, güləş yığmamız dünən də bir qızıl medal əldə etmişdi. 71 kq çəki dərəcəsində Rəsul Çunayev rəqiblərinə göz açmaq imkanı verməmişdi.

 

 

23:48 14.06.2015