KANAL24.AZ
Az Iw En Ru

Ronaldo Ermənistanda fitə basıldı

Portuqaliya yığması İrəvanda "Avro-2016”nın seçim matçında iştirak etmək üçün Ermənistana gəlib.

Kanal24 xəbər verir ki, Ermənistana qarşı oynayacaq Portuqaliya yığması "qonaqpərvərliklə” qarşılanıb.

 

"Zvartnots” aeroportunda Kriştiano Ronaldonun kapitanı olduğu komandanın pərəştişkarları ilə rəqib komandanın fanatları arasında münaqişə yaşanıb. Erməni azarkeşlər portuqaliyalıları fitə basıblar.

 

Qeyd edək ki, seçim oyunu iyunun 13-də, "Respublika” stadionunda keçiriləcək. (qafqazinfo)


21:40 12.06.2015