KANAL24.AZ
Az Iw En Ru

"I Avropa Oyunları lokomotiv rolu oynayacaq"

“Azərbaycanda keçiriləcək I Avropa Oyunları ölkə iqrisadiyyatının dayanıqlı inkişafı üçün bir lokomotiv rolu oynayacaq”.

Bunu Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Böyük Britaniyanın “The Business Year” jurnalına müsahibəsində deyib.

Ş.Mustafayev bildirib ki, bu Oyunların Azərbaycanda keçirilməsi ilə bağlı qərar ölkədəki iqtisadi və siyasi sabitliyin, eyni zamanda Azərbaycanın beynəlxalq nüfuzunun və böyük tədbirlərə və yarışlara ev sahibliyi etmək təcrübəsinin nəticəsidir.

Nazir bildirib ki, I Avropa Oyunlarının keçirilməsi ölkəmizdə sağlam həyat tərzinin və idmanın, infrastrukturun inkişafına, məşğuliyyətin artmasına mühüm təsir göstərəcək, həmçinin ölkəmizə gələcək çoxlu sayda qonaqlar turizmin və xidmət sektorunun inkişafına şərait yaradacaq.

Ş.Mustafayev həmçinin vurğulayıb ki, bu Oyunlar sayəsində ölkəmizin müsbət imici daha da artacaq, uzunmüddətli investisiyalar çoxalacaq və həmçinin gələcəkdə digər nüfuzlu tədbirlərə ev sahibliyi etmək imkanı yaranacaq: “Oyunlarda iştirak edəcək idmançılar və qonaqlar Azərbaycanı daha yaxından tanıyacaq və ölkəmizin uğurlu inkişaf modelini görəcəklər”.


06:38 24.05.2015
Xəbər lenti
Bütün xəbərlər