KANAL24.AZ
Az Iw En Ru

Ziyafət Əsgərov: Aİ Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edir

Avropa İttifaqı (Aİ) Riqada "Şərq Tərəfdaşlığı" sammitində də göstərdi ki, Azərbaycana qarşı ikili standartlara yol verir. Trend-in məlumatına görə, bunu Milli Məclis sədrinin birinci vitse-spikeri Ziyafət Əsgərov jurnalistlərə açıqlamasında deyib.

Z.Əsgərov bildirib ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edir: “Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirir. Hesab edirik ki, bizim nümayəndə heyətimiz düzgün qərar qəbul etdi və xüsusi rəylə çıxış etdi".

Onun sözlərinə görə, çox təəssüf ki, tərəfdaşlıq proqramı çərçivəsində keçirilən sammitdə də ərazi bütövlüyü məsələsinə yanlış münasibət ifadə olunub.


04:09 23.05.2015
Xəbər lenti
Bütün xəbərlər