KANAL24.AZ
Az Iw En Ru

Əmtəə dövriyyəsinin həcmi 9,4 faiz artıb

Bu ilin yanvar-sentyabr aylarında pərakəndə əmtəə dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz artaraq 15,5 milyard manata bərabər olub.
Dövlət Statistik Komitəsindən Kanal24.az-a verilən məlumata görə, istehlak mallarının 99,8 faizi özəl təsərrüfat subyektlərində, o cümlədən 11,6 faizi hüquqi şəxs statuslu özəl müəssisələrdə, 51,6 faizi fərdi sahibkarlara məxsus ticarət subyektlərində, 36,6 faizi əmtəə bazarlarında satılıb.
Özəl bölmə üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrünün səviyyəsini 9,4 faiz üstələyib, bu bölmə üzrə real artımın 70,7 faizi fərdi sahibkarların ticarət fəaliyyəti sayəsində yaranıb.


20:25 19.10.2014