KANAL24.AZ
Az Iw En Ru

Xavi "Barselona"-dan gedir

İspanya klubu "Barselona"-nın futbolçusu Xavi cümə axşamı günü mətbuat konfransında komandadan ayrılacağını elan edəcək. 

35 yaşlı oyunçu karyerasını Qətərin "Əl-Sədd" komandasında davam etdirəcəyini deyəcək.

Əfsanəvi futbolçunun Katalonya klubu ilə muqaviləsi 2016-cı ilin iyun ayında bitir, yalnız tərəflər onun vaxtından tez bitməsi barədə razılığa gəliblər.

Qeyd edək ki, Xavi "Barselona"-da 1998-ci ildən çıxış edir. Klub tərkibində 8 dəfə ölkə çempionu, 6 dəfə İspanya Superkuboku, 2 dəfə İspanya Kuboku, 3 dəfə Çempionlar Liqası, 2 dəfə Avropa Superkuboku və 2 dəfə klublar arası dünya çempionluğuna sahib olub.


14:59 19.05.2015