KANAL24.AZ
Az Iw En Ru

İslam Həmrəyliyi Oyunları Azərbaycana investisiya cəlb edəcək

IV İslam Həmrəyliyi Oyunları bütün İslam dünyasının Azərbaycanı daha yaxından tanıması üçün əla fürsətdir. Bu barədə Trend-ə Bakıda Azərbaycan-Səudiyyə Ərəbistanı biznes-forumunda iştirak edən Ər-Riyadın Ticarət-Sənaye Palatasının İdarə heyətinin üzvü Məhəmməd əl-Əclan bildirib.

O, hesab edir ki, İslam Həmrəyliyi Oyunları Azərbaycana xeyli turistin gəlməsinə səbəb olacaq: "Onlar bu ölkəni sevəcəklər. Bakıya dünən gəlmişəm, ancaq belə tezliklə qayıtmalı olduğum üçün təəssüf edirəm. Şəhərinizə və şəhər sakinlərinə heyranam".

Əl-Əclan qeyd edib ki, istənilən idman tədbiri turistlərdən başqa, ölkənin potensialı ilə tanış olmaq üçün gələn investorları da cəlb edir: "Sonradan onlar bu və ya digər sahəyə investisiya yatıra, bu da öz növbəsində, Azərbaycana iqtisadi qazanc gətirə bilər”.


01:17 16.05.2015
Xəbər lenti
Bütün xəbərlər