KANAL24.AZ
Az Iw En Ru

"Sevilya" rekorda yaxındır, "Dnepr" tarix yazdı

Bu gün UEFA Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

"Sevilya" ilk oyunda 3:0 hesabı ilə qalib gəldiyi "Fiorentina"nın qonağı olub. Bu dəfə də ispanlar italyanlardan üstün olublar - 0:2.

Digər oyun "Dnepr" və "Napoli" komandaları arasında baş tutub. Gərgin keçən oyunda ukraynalılar minimal hesabla qələbə qazanıblar - 1:0. Bu hesab isə ilk oyun 1:1-lik bərabərə qaldığından "Dnepr"in finala yüksəlməsini təmin edib. Bu, Ukrayna təmsilçisinin tarixində ilk finaldır.

Beləliklə, Avropa Liqasının finalında "Sevilya" və "Dnepr" komandaları qarşılaşacaqlar. İspaniya təmsilçisi bu turnirin 4 qat qalibi olarsa, rekora imza atacaq.

Xatırladaq ki, "Dnepr" "Qarabağ"la eyni qrupda yer almışdı (0:1, 2:1)./Trend/


11:04 15.05.2015