KANAL24.AZ
Az Iw En Ru

Avstriya ilk Avropa Oyunlarında 145 idmançı ilə təmsil olunacaq

Avstriya Milli Olimpiya Komitəsi “Bakı-2015” ilk Avropa Oyunlarında mübarizə aparacaq idmançıları müəyyənləşdirib.

Kanal24 “Bakı-2015”ə istinadla xəbər verir ki, Avstriyanı Azərbaycanda 145 idmançı təmsil edəcək. Heyətdə yer alan 15 idmançı Yay Olimpiya Oyunlarının iştirakçısıdır.

Avstraliyalı idmançılar “Bakı-2015”də badminton, çimərlik voleybolu, boks, kanoe, velosiped, suyatullanma, qılıncoynatma, gimnastika, cüdo, karate, sambo, atıcılıq, üzgüçülük, stolüstü tennis, triatlon və güləş yarışlarında mübarizə aparacaqlar.


23:30 12.05.2015